Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb. Rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36.7 min nəfər olub. Ötən ayla müqayisədə bu göstərici 0.1 min və ya 0.3% artıb.
Qeyd edək ki, onların 37.2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 251.7 manat olub.