Rəsmi işsizlərin sayı açıqlanıb

Statistika Komitəsinin məlumatına əsasən 2017-ci il avqust ayının 1-ə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb. Rəsmi işsiz status verilmiş şəxslərin sayı 36.6 min nəfər olub. Ötən ayla müqayisədə bu göstərici 0.3 min və ya 0.8% artıb.

Qeyd edək ki, onların 37.2 %-i qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250.7 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır