28 aprel 2017-ci il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4.62 mlrd. dollara yüksəlib ki, bu da 2016-cı ilin əvvəlindən bəri ən yüksək həddir.
Bu haqda Mərkəzi Bank məlumat yayıb.
Statistik göstəricilərə əsasən, rəsmi valyuta ehtiyatları aylıq 4.2% və ya 186.6 mln. dollar, illik müqayisədə isə 12.1% və ya 498.7 mln. dollar artıb.