Rabitəbank onlayn kredit üçün müraciət edən müştərilərə 1% endirim təklif edir

Bu gündən etibarən Rabitəbankın Sosial Media kanalları vasitəsi ilə, onlayn şəkildə nağd pul kreditinə müraciət edildikdə, faiz dərəcəsi 1% endiriləcək.

Krediti əldə etmək istəyənlər Telegram (http://t.me/rabitabankbot) və yaxud Facebook messenger (http://m.me/rabitabank) üzərindən Rabitəbot, www.133.az  və www.rabitabank.com vasitəsi ilə onlayn müraciət edə bilər.

Müraciət zamanı, müştəriyə generasiya kodu təqdim olunacaq və bu kodla Rabitəbank filialların birinə yaxınlaşaraq, faiz endirimini əldə edəcək. Müştəri, heç bir növbə gözləmədən, zamana qənaət edə və aşağı faiz dərəcəsi ilə, 15.000 AZN-ə dək nağd pul kreditinin sahibinə çevriləcək.

Daha ətraflı məlumat üçün: bit.ly/1-faiz-endirim

Qeyd edək ki, Rəqəmsal aləmdə inkişaf edən Rabitəbank, yeni texnoloji həllərini yaxın gələcəkdə ictimaiyyətə təqdim etməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır