Ölkənin ən şəffaf bankarından olan Rabitəbank, 2019-cu ilin birinci rübünü yüksək mənfəətlə tamamlayıb.
Bank 2019-cu ilin ilk rübünü, 3.2 mln azn mənfəətlə tamamlamış, aktivlərin həcmi isə 717 mln azn təşkil etmişdir. Bankın kredit portfeli, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 37% artaraq, 345 mln azn-ə çatmışdır. Ümumən isə, bankın gəlirləri 12 mln. manatadək yüksəlmişdir.
Həmçinin, 2018-ci ilin birinci rübü ilə, cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunmuşdur. Bu gün, Rabitəbank əməkdaşlarının sayı 766-ya çatmışdır.
Rəqamsal xidmətlər sahəsində də bank ciddi irəliləyişlər nümayiş etdirir. Belə ki, Rabitəbankın ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirdiyi Rabitəbot, Telegram və Facebook Messenger üzərindən kommunal və mobil operator ödənişləri, hesabın bölünməsi (split bill) kimi xidmətlərini birinci rübdə aktiv etmişdir.
Göstəricilərin yüksək olması, Rabitəbankın yenilikləri və tətbiqləri ilə əhali arasında geniş inam və rəğbət qazanmasının bariz nümunəsidir. Ümumən isə, bank unikal xidmətlərinin təqdim etməyə və yeni xidmət nöqtələrinin fəaliyyətinə hazırlaşır.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.