Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 12:30-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilər.