Rabitəbank əmək haqqı kartlarını sərfəli şərtlərlə təklif edir

Ölkənin qabaqcıl banklarından biri olan Rabitəbank ASC korporativ müştərilərin rahatlığını təmin etmək məqsədi ilə çox sərfəli və rahat şərtlərilə əmək haqqı kartlarını təklif edir.

Əmək haqqı kartı – təşkilatlar və müəssisələr tərəfindən əməkdaşların adına açılan plastik kartdır. Bu kart əməkdaşlara çatacaq əmək haqqının, məzuniyyətin, ezamiyyə və digər ödənişlərin müəssisə tərəfindən karta köçürülərək vaxtın və xərclərin qənaət edilməsinə imkan yaradır.Əmək haqqı layihələrinin həyata keçirilməsi məqsədilə Rabitəbank müştərilərinə dünyanın bütün ölkələrində qəbul olunan beynəlxalq MasterCard Standart Debet ödəniş kartlarını pulsuz təklif edir.

Rabitəbank son illər ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv əmək haqqı kartlarının sayını 24 000 minədək , ATM şəbəkəsini isə 57 ədədə çatdıraraq müştərilərinə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.

Rabitəbank ASC əmək haqqı kartları vasitəsilə korporativ müştərilərinə bir sıra üstünlüklərdən və sərfəli təkliflərdən faydalanmağa təklif edir. Belə ki, indi əmək haqqı layihəsinə cəlb olunan yeni korporativ müştərilər 01 may 2017 – ci il tarixinədək “Mobil Bankçılıq” xidmətindən 1 il, hesabdan vəsaitin nağd çixarılması və ölkədaxili pul köçürmələri xidmətlərindən isə 3 ay ərzində pulsuz istifadə edə bilərlərlər.

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir. Fəaliyyət göstərdiyi 24 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.Bu gün Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır