“Rabitəbank” ASC-də yeni təyinat olub

“Rabitəbank” da yeni təyinat olub. Belə ki,  Biznesin inkişafı Şöbəsinə Cəmid Mövsümov direktor təyin edilib. Cəmid Mövsümov bundan əvvəl “TCF” bank olmayan kredit təşkilatı (BOKT), “PAŞA Sığorta” ASC-lərdə işləyib, həmçinin Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətində təmsil olunub.

Qeyd edək ki, Biznesin inkişafı Şöbəsi yeni yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır