“Rabitəbank” ipoteka kreditlərini daha sərfəli edib

“Rabitəbank”, 25 illik yubileyi münasibətilə ev arzusunda olan hər bir kəs  üçün Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılan ipoteka kreditlərini daha münasib şərtlərlə təklif edir.

BBN.az xəbər verir ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 7%-dək, ilkin ödəniş isə ən minimum həddə – 15%-dək endirilib. Kreditin maksimal məbləği 150.000 AZN olmaqla 25 il müddətinə verilir.

Güzəştli şərtlərlə isə ipoteka kreditlərini 100.000 AZN-dək illik 4%-lə 30 il müddətinə əldə edə bilərsiniz.

Rəsmiləşdirilmə üçün tələb olunan sənədləri təqdim etdikdən sonra  cəmi 10 iş günü ərzində ipoteka krediti ən sərfəli şərtlərlə və operativ qaydada rəsmiləşdirilir.

Qeyd edək ki, kampaniya 01 aprel 2018 il tarixinədək etibarlıdır. xidmətlərdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçərək, çox rahat şəkildə ərizə ilə “Rabitəbank”ın “Mərkəzi”, “Nərimanov”, “Yasamal”“Nizami” filiallarına müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır