“Rabitəbank” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar üçün möhtəşəm kredit kampaniyasına start verib.
İndi qadın sahibkarlarımız illik faiz dərəcəsi cəmi 14,9% və maksimal məbləğ 1.000.000 AZN olmaqla, 24 ay müddətinə təqdim etdiyimiz biznes kreditlərindən faydalanaraq xəyallarında olan ideyaları biznesləri üçün asanlıqla reallaşdıra bilərlər.
Kreditin verilməsi üçün tələb olunan minimal iş təcrübəsi cəmi 6 ay təşkil edir və güzəştli şərtlərdən yaralanmaq üçün 01 – 31 mart 2018-ci il tarixləri arasında bankın istənilən filialına, www.rabitabank.com saytına və 133 nömrəli Məlumat Mərkəzinə müraciət etmək kifayətdir. Həmçinin, bankın sosial media səhifələrində peşəkar mütəxəssislər tərəfindən bütün sorğular cavablandırılır.
Kreditin şərtləri ilə ətraflı tanış olmaq üçün: http://bit.do/businesswoman