“Rabitəbank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək

“Rabitəbank”ın Müşahidə Şurası aprelin 12- də səhmdarların ümumi yığıncağının keçirilməsi ilə bağlı qərar qəbul edib. İyunun 2-də saat 17:00 da baş tutacaq yığıncağın gündəliyinə  bankın 2016-cı maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, Audit Komitəsinin hesabatının təsdiqi və cari məsələlər daxildir.

Qeyd edək ki, səhmdarların ümumi yığıncağı “Rabitəbank”ın baş ofisində olacaq .

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır