Ölkənin aparıcı banklarından olan Rabitəbank 2018-ci ildə fəaliyyətinin 25-ci ilinə qədəm qoyur. 25-illiyi münasibətilə bank il ərzində müştərilərini bir-birindən maraqlı olan kampaniyalarla sevindirəcək.
BBN.az xəbər verir ki, 14 fevral Sevgililər günü münasibətilə Rabitəbank güzəştli şərtlərlə 10 000 AZN-dək nağd pul kredit kampaniyasını təklif edir.
Belə ki, kampaniya çərçivəsində 5 ildən 25 ilədək nigahda olan ailələr 10 000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə 0% komissiya ilə 25%-dək endirimlə əldə edə bilərlər.
Kampaniyadan faydalanmaq istəyənlərdən əlavə olaraq olaraq nikah haqqında şəhadətnamə və yoldaşın şəxsiyyətini təsdiq edən sənəd tələb olunacaq.
Qeyd edək ki, artıq başlamış kampaniya 16.02.2018-ci il tarixinədək davam edəcək. Güzəştli krediti Rabitəbank-ın istənilən filialına müraciət edərək əldə etmək mümkündür.