Rabitabank ASC-nin aktivləri 30.09.16-ci tarixə ilin əvvəli ilə müqaisədə 46% artaraq 510 mln. 851min manat təşkil etmişdir. Muştərilərin müddətli əmanətlərinin həcmi isə 43% artaraq 238 mln. 151 min manat, cari hesabları 155% artaraq 126 mln. 423 min manat təşkil etmişdir. 30.09.16-ci ilə Bankın məcmu kapitali 58 mln. 975 min manat təşkil etmişdir.
Bankin gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 8 mln. 958 min manat , xalis qeyri-faiz gəlirləri isə 6 mln. 675 min həcmində olub.
Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti, 90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır.O cümlədən bank il ərzində 132 min ədəd olmaqla 86mln. manat ekvivalentində surətli pul köçürməsini ve 163 min ədəd olmaqla 6 mln manat kommunal odənişi muştəriləri üçün reallaşdırmışdır.
Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart istifadəçilərinin sayını 31min 639 ədədə, ATM şəbəkəsini isə 55 ədədə çatdırmışdır.
1993-cü ildən fəaliyyətə başlayan Rabitəbank ASC bu il yaranmasının 23 illiyini qeyd edir. Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.