İpoteka və Kredit Zəmanət Fondu Rabitəbanka zəmanət limiti ayırıb.
Bankın əsas prioritet sahələrindən olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətində, müştərilərinə daha da geniş imkanlar yaratmaq niyyəti ilə ötən ildən Rabitəbank, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklar siyahısına daxil olub.
Xatırlatmaq istərdik ki, Fond kreditlərə zəmanət verməklə paralel kreditlərin faiz dərəcələrinə də güzəşt təklif edir. Belə ki, 3 ilə kimi olan kreditlərdə güzəşt 8%-ə kimi, 3 ildən artıq müddəti olan kreditlərdə 10%-ə kimi faiz dərəcəsinə güzəşt təklif olunur. Qeyd edək ki, zəmanət fondunun zəmanəti ilə verilən kreditlərin məbləği 30.000 AZN-dən 5.000.000 AZN-ə kimi təşkil edir.
Ölkənin ilk müstəqil banklarından biri olan Rabitəbankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə və ya www.133.az saytına daxil olmanız kifayətdir.