“Rabitəbank”ın növbədənkənar iclası keçiriləcək

14 iyul 2017-ci il tarixində  “Rabitəbank” ASC-nın Səhmdarlarının Ümimi Yığıncağının növbədənkənar iclası keçiriləcək. İclas saat 17:00-da, Bakı şəhəri, 28 may küçəsi 33 ünvanında yerləşən bankın inzibati binasında baş tutacaq.

Qeyd edək ki, İclasın gündəliyinə “Rabitəbank” ASC-nın nizamnamə kapitalının artırılması məqsədi ilə səhmlərin əlavə emissiyasının həyata keçirilməsi, Bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi və dəyişiklik layihəsinin təstiq edilməsi, dəyişikliyin dövlət qeydiyyatına alınmasının həvalə edilməsi həmçinin cari məsələlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır