Real ÜDM-in 605 mln. manat artacağı proqnozlaşdırılır

2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10 min 900 birbaşa və 8 min dolayı olmaqla 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

«Strateji yol xəritəsi» çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3 milyard 160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır.

2017-ci ilin yanvar ayının 1-nə olan məlumata əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Beynəlxalq Valyuta Fondunun açıqladığı statistikaya görə, ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Ötən il BTC kəməri ilə 28,8 milyon ton Azərbaycan nefti nəql olunub.Yaxın üç il ərzində Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikilib istifadəyə veriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 7-də keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır