Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib

“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi tədbirdə təşkilatın sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünün tətbiqinə dəstək vermək, region sakinlərini elektron xidmətlər barədə məlumatlandırmaq və onlara elektron xidmətlərə müraciət zamanı yardım göstərməkdir.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri və “Elektron hökumət” portalı ilə bağlı məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır