Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

Noyabrın 29-da Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib.

Konfransda qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya Şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə “ABAD” mərkəzlərinin yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır