“Regionun hər üç dövləti fərqli strateji istiqamət seçiblər”

Bu sözləri 16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Cənubi Qafqaz Beynəlxalq Arenada: Region və Ətrafında Əməkdaşlıq və Rəqabət” konfransında bildirib.

Onun sözlərinə görə, digər ölkələr müəyyən hərbi və gömrük qruplaşmalarına qoşulsa da, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verib və bu tip qruplara üzv deyil.

Fərhad Məmmədov bildirib ki, region ölkələri ilə qonşu olan ölkələrin də Azərbaycan, Gürcüstan və Ermənistan ilə olan münasibətlərində fərqlər var. Əlaqələrin mövcudluğuna görə, İran Türkiyə və Rusiyaya nisbətdə daha üstün mövqedə olsa da, region ölkələri ilə olan bu münasibətin sıxlığı digərlərinə nisbətdə zəifdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır