Reklam Agentliyinin nizamnaməsi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Agentliyin nizamnamə fondu 10 min manat məbləğində müəyyənləşdirilir. Bu məbləğ dövlət büdcəsi hesabına formalaşdırılacaq. Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nizamnamədə agentliyin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları, qurumun idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, onun ləğvi və yenidən təşkili kimi məsələlər əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır