Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyası 34 rayon (şəhər) üzrə 256138 istehsalçıya 737814,13 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 49468622,50 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Beləliklə, ümumilikdə Respublika Komissiyası 2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68421933,95 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.