Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində yeni yaradılmış “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov ABA Rəyasət Heyəti tərəfindən Qrupun sədri təyin edilib.
BBN.az xəbər verir ki, iclasda qrupun fəaliyyət istiqamətlərinin bank sisteminin dayanıqlı inkişafına töhfə verilməsi məqsədilə risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi və bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara müvafiq əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin olması qərara alınıb.
İclas zamanı “Banklarda risklərin idarə edilməsi Qaydalar”ına banklar tərəfindən verilmiş rəy və təkliflərin Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunması üçün sistemləşdirilməsi və işlənməsi üçün xüsusi İşçi Qrupunun yaradılması qərara alınıb.
Xatırladaq ki, “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun sədri seçilmiş Aqşin Zəkaray oğlu Əmirov 1978-ci il təvəllüdlüdür.
O, 2016-cı ildən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuş, 2004-2015-ci illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2015-2016-cı illərdə Bankın İdarə Heyəti sədrinin müavini olub.
Karyera
2016-cı il dekabr – İdarə Heyəti sədrinin müavini (ABB)
2017-ci ilin martından – ABB-nin Moskva törəməsinin müşahidə şurasıın üzvü
2009 yanvar – 2017 Mart, Audit Komitəsinin sədri, Bakı Sığorta
2015 dekabr – 2016 dekabr, İdarə Heyəti sədrinin müavini, Bank Respublika
2006 avqust – 2016 dekabr, İdarə Heyətinin üzvü, Bank Respublika
2006 avqust – 2006 sentyabr, Risklərin idrə edilməsi üzrə intern, Sparkasse-Finanzgruppe
2004 – 2006, Risklərin idarə edilməsi direktoru, Bank Respublika