Risksiz istiqrazlar üzrə faiz dərəcəsi 21%-ə çatıb

27 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104028516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 6 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 14,743,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 82.0483 AZN (21.9999%) və 87.7784 AZN (13.9999%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 82.7233 AZN (20.9999%) orta ölçülmüş qiyməti 83.4716 (19.4716%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  26.12.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.

Eyni tarixdə tədavül müddəti 182 gün olan istiqrazlar üçün keçirilən hərracda 6 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 18,284,400.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.9771 AZN (19.9999%) və 92.0191 AZN (17.4899%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.4515 AZN (18.8500%) orta ölçülmüş qiyməti 91.7116  (18.2247%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  27.06.2017-cı  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır