İtaliyanın enerji şirkəti Eni Misirin Zohr təbii qaz sahəsindəki səhmlərinin 30%-ni rus şirkəti Rosneftə satıb.
Eni şirkətinin açıqlamasına əsasən, Rosneft italyan şirkətə 1 milyard 125 milyon dollar ödəməyi qəbul edib. Razılığa əsasən, Rosneftin eyni şərtlər daxilində 5%-lik əlavə səhm almaq ehtimalı da var.
Qeyd edək ki, Eni şirkəti sözügedən qaz sahəsini 2015-ci ilin avqustunda kəşf edib və yatağın 850 milyard kubmetrlik ehtiyatı olduğu ehtimal edilir.