Rosneftin özəlləşdirilməsi üzrə ödəniş artıq qəbul edib

Rosneftegaz Rusiyanın nəhəng neft şirkəti olan Rosneftin 19,5%-lik və ya 2066.7 milyon səhminin alışı üzrə Glencore Konsorsiumu və Qətər İnvestisya Təşkilatından ödənişi artıq qəbul edib.

Bu haqda TASS məlumat verir.

Məlumata əsasən, ödənişin məbləği 11,5 milyard dollardır.

Qeyd edək ki, məbləğin Rusiya dövlət büdcəsinə köçürülməsinin Maliyyə Nazirliyi tərəfindən hazırlanan cədvəl üzrə tətbiqinə artıq başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır