“Rossiyskaya otsenka” “Bank VTB” Azərbaycanın səhmlərini qiymətləndirəcək

“Bank VTB” Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-dəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib.

Qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.

Qiymətləndirmə “Rossiyskaya otsenka” QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. “Bank VTB” bunun üçün 4,65 mln. rubl ödəyəcək.

Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.

 

Mənbə: Apa.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır