Rövnəq Abdullayev: “Azərbaycan Avropanın qaza olan tələbatını ödəməyə hazırdır”

“SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib”. Bunu XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

“SOCAR olaraq “Petkim”, TANAP, STAR, “Petlim” və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik”, – deyə R. Abdullayev bildirib.

“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: “Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir”.

“Cənub Qaz Dəhlizi” layihəsi regionun ən aktual layihələrindən biridir. “Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır