Mayın 17-də Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan, Özbəkistan və üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının aparılması məsələləri müzakirə olunub.
Həmçinin, Özbəkistana səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüşüb və iki şirkət arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalayıb.