“Royal Dutch Shell” İngiltərənin Şimal dənizində yerləşən 3,8 milyard dollar dəyərindəki 10 neft sahəsinin satışı üçün Chrysaor şirkəti ilə razılaşıb. Bu haqda şirkət məlumat yayıb.
Anlaşma çərçivəsində “Shell”in Schiehallion sahəsində 10%-lik hissənin “Chrysaor”a veriləcəyi və həmin sahələrdəki 400 işçinin də “Chrysaor”a transfer ediləcəyi açıqlanıb.
Şirkətin maliyyə idarəçisi Simon Henry satış qərarının şirkətin likvidasiya proqramının bir hissəsi olduğunu bildirib.