2017-ci ilin ilk rübü manatın möhkəmlənməsi ilə yadda qaldı.
BBN.az xəbər verir ki, bu möhkəmlənmə hər bir valyutada müxtəlif miqyasda müşahidə edildi: Manat ən çox türk lirəsi qarşısında bahalaşdı – ilin əvvəlində 100 manat ekvivalentində türk lirəsi alınsaydı, hazırda bu portfelin dəyəri 92 manat olacaqdı.
Bu dövr ərzində manat yalnız rubl qarşısında ucuzlaşdı. Oxşar müqayisədə ilin əvvəlində alınan 100 manatlıq rublun hazırkı dəyəri 101 manat olacaqdı.
Lakin xarici valyutanın mübadiləsi zamanı tətbiq edilən marjanı da nəzərə alanda, ötən rüb üçün ən sərfəli valyutanın manat olduğunu demək daha doğru olar.
Xarici valyuta | 05.01.2017 | 01.04.2017 | 100 manat ekvivalentində hazırkı qiymət |
USD | 1.7707 | 1.7031 | 96.2 |
EUR | 1.8638 | 1.8029 | 96.7 |
TRY | 0.4967 | 0.4568 | 92.0 |
RUB | 0.0293 | 0.0296 | 101.0 |
GBP | 2.1841 | 2.1096 | 96.6 |