Rusiya Mərkəzi Bankı siyasi faizlərdə endirim edib.
Belə ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada bildirilib ki, siyasi faizlər 50 əsas xal azaldılaraq 7.75% səviyyəsinə qədər endirilib. “Bloomberg” anketində iştirak edən 33 iqtisadçı isə faizlərin 25 əsas xala qədər endiriləcəyini düşünürdü.
Qərarın ardınca, rubl dollar qarşısında 0.4% geriləyib.