Rublun devalvasiya riski davam etməkdədir

“2016-cı ilin yanvar-sentyabr aylarında rublun güclənməsinə baxmayaraq, orta rübdə onun zəifləməsi riski olduqca yüksəkdir. Bunun əsas səbəbi isə, Çin iqtisadiyyatının zəifləməsi və beləliklə də, qlobal bazardakı tələb-təklif tarazlığının pozulması, eləcə də, ABŞ aktivlərinin cəlbediciliyinin artmasının Rusiya da daxil olmaqla, digər xarici ölkələrdən kapital axınına təkan verməsidir”-deyə Rusiyanın Milli İqtisadiyyat və İctimai İdarəetmə Akademiyasının hesabatında qeyd olunub.

Qeyd edək ki, TASS-ın məlumatında Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın bu ayın əvvəlindəki açıqlamasında rublun devalvasiya ehtimalının olmadığını bildirdiyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır