SOCAR brendi ilə işləyəcək yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib.Yeni məntəqə ölkənin qərbindəki Timiş rayonunda, Rumıniya ilə Macarıstanı birləşdirən magistral yolun üzərində yerləşir. Bununla da, Rumıniyada SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatıb.

Məntəqədə quraşdırılan 3 sayğac 4 kiçik və 2 iri tutumlu nəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsinə imkan verir. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə elektrik və qazla (LNG) işləyən nəqliyyat vasitələri üçün də lazımi avadanlıqlar quraşdırılıb.

Xatırladaq ki, Rumıniyada elektromobillərin enerji ilə təminatı ilk dəfə məhz SOCAR məntəqələrində həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır