“Rus Enerji Həftəsi”də OPEC-in Baş katibi iştirak edəcək

Beynəlxalq Enerji bazarının mütəxəssislərin iştirak edəcəyi “Rus Enerji Həftəsi” təşkil olunacaq. Belə ki, tədbirin 3-7 oktyabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcəyi planlaşdırılır.

BBN.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, Anadolu Ajansı-nın media sponsorluğunda fəaliyyət göstərən mütəxəssislər, təbii qaz, kömür, benzin, elektrik kimi sahələrlə bağlı qiymətləndirmələr edəcək.

“Rus Enerji Həftəsi”də “Gazprom”, “Lukoil”,  “Novatek” və “PDVSA”  kimi qlobal  enerji şirkətlərinin rəhbərlikləri ilə yanaşı OPEC-in Baş Katibi  Mohammed Barkindo da iştirak edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri,  Qatar, Venesuela və İran kimi ölkələrin energetika nazirlərinin tədbirdə iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır