Rusiya ABŞ istiqrazlarının əksəriyyətini satıb

Məlumdur ki, son vaxtlar Rusiya ABŞ-ın (Amerika Birləşmiş Ştatları) sanksiya siyasəti səbəbilə dolların bazardakı payını azaltmaq üçün çalışır. Hazırda Rusiya demək olar ki, ABŞ istiqrazlarının tamamını satıb.

Rusiya Mərkəzi bankından verilən açıqlamada bildirilib ki, Rusiyanın əlindəki ABŞ istiqrazları 14 milyard dollara qədər azalıb. Rusiya 2011-ci ildə 180 milyard dollarlıq investisiya ilə ən çox ABŞ istiqrazlarına sahib olan ölkələrdən idi.

Rusiyalı ekspertlər isə qeyd edir ki, Rusiyanın bu siyasəti sadəcə ABŞ sanksiyaları və istiqrazları ilə bağlı deyil. Onlar qeyd edirlər ki, ABŞ faizləri yüksəldib və nəticə etibarilə istiqrazlar ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır