Rusiyanın aparıcı informasiya mənbəyi olan “İzvestiya” qəzetinin məlumatına əsasən, ölkə bankları öz informasiya texnologiyaları sistemlərini müəyən edilmiş vaxtda hazır vəziyyətə gətirə bilməyəcəklər ki, xarici müştərilər barədə informasiyanı mübadilə üçün Federal Vergi Xidmətinə (FVX) ötürə bilsinlər.
FVX-nın götürdüyü beynəlxalq öhdəliyə görə, həmin informasiyalar bu ilin may ayından 48 tərəfdaş ölkəyə göndərilməlidir, banklar bu öhdəliyin yerinə yetirilməsinə hazır olmadıqlarına görə, onları böyük məblğdə cərimələr gözləyir.
Bundan əlavə, müştərilər haqqında məlumatların mübadiləsi öhdəliyinin pozulmasına görə banklar daha sərt sanksiya ilə üzləşə bilərlər-onların Avropada fəaliyyət göstərmələri qadağan edilə bilər. FVX tərəfindən narahatlığa əsas olmadığı bildirilib: informasiya mübadiləsi lazım olan vaxtda işə düşəcək.