Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası ilə əməkdaşlıq haqqında saziş imzalanıb

Patent və Əmtəə Nişanları Mərkəzində Rusiyanın Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası”nın rektoru İvan Blizneslə görüş keçirilib.

 

Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru v.i.e. Günel Sevdimalıyeva və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznes imzalayıblar.

Sazişdə tərəflər arasında əməkdaşlığın həyata keçirilməsi, elmi-praktiki fəaliyyətin əsas istiqamətlərinə həsr olunan simpozium, konfrans, seminarların təşkili, birgə layihə, proqramların icrası, kadr mübadiləsi, informasiya dəstəyinin göstərilməsi, birgə materialların nəşri, həmçinin mərkəzdə akademiyanın tələbələrinin təcrübə keçmələrinə şəraitin yaradılması nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır