Rusiya Dövlət Büdcəsi layihəsinə dəyişikliklər edib. Bu haqda TASS məlumat verir.
2016-cı il büdcəsindəki dəyişikliklərə əsasən, gəlirlər 13.738 trilyon rubldan 13,4 trilyon rubla endirilib, xərclər isə 16,4 trilyon rubla çatdırılıb.
Qeyd edək ki, Rusiyanın 2016-cı il üzrə büdcə kəsrinin 3 trilyon rubl (47,2 milyard dollar) və ya ÜDM-nin 3,7%-i həcmində olacağı ehtimal olunur. Büdcə kəsrinin örtülməsi üçün Rusiya Hökuməti Ehtiyat Fondundan 705 milyard rubl və ya 11,1 milyard dollar daha istifadə edəcək.