Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya təminatı sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığın gələcək inkişafına dair müzakirələrin aparılması məqsədi ilə ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyətinə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Pensiya Təminatı Departamentinin direktor müavini Svetlana Komarova, Hüquq və Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Denis Korsakov, Rusiya Federasiyasının Pensiya Fondunun Pensiya Təyinatı və Ödənişinin təşkili Departamentinin rəis müavini Tatyana Pokladova, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin üçüncü sədri Mariyam Semenova və başqaları daxildir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan və Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.