İqtisadi Araşdırma qurumu olan Markit Economics tərəfindən verilən açıqlamaya əsasən, Rusiyada oktyabr ayında 52,4 səviyyəsində olan emal sənayesi üzrə istehsalçı inam indeksi (PMI) göstəricisi noyabr ayında da artmağa davam edərək 5 ilin ən yüksək səviyyəsi olan 53,6-ya çatıb.
Araşdırmaya əsasən, sənaye göstəricisindəki bu artım Rusiyada yaxşılaşmaqda olan ticarət mühitini ifadə edir.
Markit Economics-in iqtisadçısı Samuel Agass: “Rusiyada istehsalda yaşanan artım 2016-cı ilin son rübündə də davam edir. İstehsal sektoru cəhətdən 6 ilin ən müvəffəqiyyətli rübündəyik”-deyə şərh verib.