Rusiya iqtisadiyyatına inam artıb

İqtisadi Araşdırma qurumu olan Markit Economics tərəfindən verilən açıqlamaya əsasən, Rusiyada oktyabr ayında 52,4 səviyyəsində  olan emal sənayesi üzrə istehsalçı inam indeksi (PMI) göstəricisi noyabr ayında da artmağa davam edərək 5 ilin ən yüksək səviyyəsi olan 53,6-ya çatıb.

Araşdırmaya əsasən, sənaye göstəricisindəki bu artım Rusiyada yaxşılaşmaqda olan ticarət mühitini ifadə edir.

Markit Economics-in iqtisadçısı Samuel Agass: “Rusiyada istehsalda yaşanan artım 2016-cı ilin son rübündə də davam edir. İstehsal sektoru cəhətdən 6 ilin ən müvəffəqiyyətli rübündəyik”-deyə şərh verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır