Rusiya neft istehsalında SSRİ sonrası rekordunu yeniləyib

Rusiya sentyabr ayında neft istehsalında son 30 ilin rekordunu qırıb.

Belə ki, ölkədə sentyabr ayında neft istehsalı 11.247 milyon bareli keçib. Bu isə avqust ayı ilə müqayisədə 130 min barel çox istehsal deməkdir.

Rusiya iyul ayında 11.215 milyon barel neft istehsalı ilə 2016-cı ildəki rekorduna çox yaxınlaşmışdı. Sentyabr ayındakı istehsal ilə SSRİ sonrası rekordunu təzələmiş oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır