Rusiya neft hasilatının azaldılmasının əleyhinə olduğunu bildirib

Rusiya hökumətinin 4 məsul şəxsi Rusiyanın iyul ayının sonunda keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Komitəsinin iclasında hasilatın azaldılması ilə bağlı irəli sürüləcək istənilən təklifə qarşı çıxacağını bildirib.

Rusiya hökumətinin bəzi üzvlərinin hətta neft hasilatının azaldılması anlaşmasının uzadılmasına qarşı olduğu bildirilir. Onların fikrincə, bir gün anlaşmanın müddəti bitdikdə neft bazarında kəskin dalğalanmalar baş verə bilər.

Qeyd edək ki, iyul ayının 24-də Sankt-Peterburq şəhərində bəzi OPEC üzvləri və təşkilata üzv olmayan ölkələrin neft nazirlərinin görüşünün keçirilməsi gözlənilir. Görüşdə qlobal neft bazarında artıq neft təklifinin qarşısının alınması istiqamətində atılan addımların effektivliyi müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır