Rusiyanın Energetika naziri Aleksandr Novak OPEC ilə imzalanan razılığa bütün ölkələrin əməl etməsini gözlədiklərini bildirib.
Ölkələr arasında güvənin artırılmasının vacib olduğunu vurğulayan nazir əks halda gələcəkdə bu tip müqavilə imzalamaqlarının mümkün olmayacağını bildirib.
Qeyd edək ki, Novak bu il Rusiyanın neft istehsalının ötən illə müqayisədə 2,5% artaraq 547,5 milyon tona çatdığını, ölkənin dəniz sahələrindəki istehsalının isə 11,5% artaraq 21,3 milyon tona yüksəldiyini bildirib.