Estoniya özlərinə aid olacaq yeni rəqəmsal pul vahidi çıxaracaqlarını açıqladıqdan sonra Rusiya da buna bənzər planları olduğunu qeyd edib.
Belə ki, Rusiya da özünəməxsus “Bitcoin” yaradacaq.
Rusiyanın Baş Nazirinin müavini İqor Şuvalov tərəfindən bu barədə açıqlama verilib.
Açıqlamada deyilir ki, Rusiya öz rəqəmsal pul vahidini çıxartmaq üçün beynəlxalq arenada aktiv işləyir və təhlükəsizlik məsələlərinin ən əvvəldən həll edilməsi məqsədini yeridir.
O, həmçinin, qeyd edib ki, rəqəmsal pul vahidləri beynəlxalq iqtisadiyyatı riskli deyil, daha da güclü etməlidir.