Rusiya və Ukraynanın Enerji nazirləri Brükseldə görüşəcəklər. Görüşün məqsədi təbii qaz mübadiləsinin yenidən başlamasıdır.
Rusiyanın Energetika naziri Aleksandr Novak və Ukraynalı tərəfdaşı İqor Nasalik bu gün Avropa İttifaqı Komissiyasının energetika üzrə nümayəndəsi Maros Sefcovic ilə birlikdə görüşərək Ukraynanın Rusiyadan yenidən təbii qaz alması məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, Ukrayna Rusiyadan təbii qaz idxalını 2015-ci ilin noyabrında dayandırmışdı.