Rusiyada fiziki şəxslər bu növ gəlir vergisindən azad ediləcək

Rusiya Federasiyası Dövlət Dumasının Büdcə və vergilər üzrə komitəsi parlamentin aşağı palatasını kağız tullantısı təhvili üçün fiziki şəxsləri gəlir vergisindən azad etmək haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməyə çağırıb.

Bu barədə “Vergilər” qəzetində məlumat yayımlanıb.

Komitənin sədri Andrey Makarov bildirib ki,  “Dövlət Dumasının sədri Vyaçeslav Volodin qanun layihəsinin müzakirə olunmasını xahiş edir. O, belə hesab edir ki, bu mühüm təşəbbüsə hökumət etiraz etməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır