Rusiyada işsizlik artıb

Rusiyada işsizlik səviyyəsi yanvar ayında 0,3 faiz bəndi artaraq 5,6%-ə yüksəlib.

Rusiyanın Dövlət Statistika Qurumu olan Rosstatdan verilən məlumata əsasən, Rusiyada işsizlərin sayı 4 milyon 300 mindir.

Ölkədə işsizlik səviyyəsi ötən ilin mart ayında 6%-ə yüksəlmiş, sonrakı aylarda isə azalaraq 2016-cı ilin dekabrında 5,3%-ə çatmışdı.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Rusiyada əmək qabiliyyətli əhalinin sayı 75,9 milyon nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır