Rusiyada “LinkedIn” istifadəsinə qadağa qoyulub

Rusiyanın telekommunikasiya və İT nizamlayıcısı Roskomnadzor növbəti həftənin əvvəlindən Rusiyada LinkedIn-in istifadəsini əngəlləyəcək. Bu barədə Roskomnadzorun təmsilçisi Vadim Ampelonski bildirib.

Məlumata əsasən, buna səbəb istifadəçilərin şəxsi məlumatlarının yerləşdirilməsilə bağlı qanunların şirkət tərəfindən pozulmasıdır. LinkedIn tərəfindən Moskva şəhər Məhkəməsinə daxil olan müraciət də geri çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır