Rusiyada oktyabr ayı üzrə günlük neft istehsalı həcmi 11,2 milyon barellə rekord həddinə çatıb. Bu haqda Bloomberg məlumat verir.
Rusiya Enerji Nazirliyindən verilən məlumata əsasən, ötən ayla müqayisədə bu göstərici 0,1% artıb. İxracatını dollar əsasında edən Rusiya neft şirkətləri son dövrlərdə rublun dollar qarşısında önəmli səviyyədə dəyər qazanması nəticəsində gəlirlərini və sondaj fəaliyyətlərini artırıb.
Qeyd edək ki, oktyabr ayında ölkənin qaz istehsalı 61 milyard kubmetr olub.